2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 910,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 81,1 milyon manat, yəni 9,8% artıb, lakin ötən ilin sonuna nəzərən 133,6 milyon manat, yəni 12,8% azalıb. Aylıq müqayisədə isə xalis mənfəət 136,4 milyon manat, yəni 17,6% yüksəlib.
Xatırladaq ki, bankların xalis mənfəəti bu ilin sentyabrın 1-nə 774,3 milyon manat, ötən ilin sonunda 1 milyard 44,3 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 829,6 milyon manat təşkil edib.














