Maliyyə Bazarlarınp Nəzarət Palatası Azərbaycanın bank sektoru ilə bağlı son rəqəmləri açıqlayıb. FED.az xəbər verir ki, 30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil etmişdir. Sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olmuşdur. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artmışdır.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil etmişdir. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.
30 noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
İCMAL
Bank sektorunun vəziyyəti açıqlandı - RƏQƏMLƏR
17:39
5 Yan 2018