Maliyyə Bazarlarına Nəarət Palatası (MBNP) Azərbaycanın bank sektoru ilə bağlı vəziyyəti açıqlayıb. FED.az Palataya istinadən xəbər verir ki, 31 dekabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 921.0 mln. manat, cəmi öhdəlikləri isə 24 211.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 709.2 mln. manat, əhalinin əmanətləri isə 7 542.5 mln. manat olub. Dekabr ayında əhalinin əmanətləri 2.7% və ya 195.9 mln. manat artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, bankomatların sayı 2 431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 171 nəfər təşkil etmişdir. Dekabr ayında sektorda filial və ATM sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olmuşur. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.
Bank sektorunun vəziyyəti açıqandı – RƏQƏMLƏR
21:05
2 Fev 2018