01 Dekabr 2021-ci il tarixinə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 16 milyard 282 milyon manat təşkil edib.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrda kredit qoyuluşları 284,7 milyon manat artıb. Oktyabrda kredit qoyuluşları 331,9 milyon manat artmışdı.
01 Noyabr 2021-ci il tarixinə cəmi kredit qoyuluşları 15 milyard 997,3 milyon manat təşkil etmişdi.
2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) kredit qoyuluşları 1 milyard 977,3 milyon manat artıb.
Kredit qoyuluşları, milyon manat ilə
01.12.2021 16282.0
01.11.2021 15997.3
01.10.2021 15538.7
01.09.2021 15206.8
01.08.2021 14966.5
01.07.2021 14856,9
01.06.2021 14691,4
01.05.2021 14611,8
01.04.2021 14352.4
01.03.2021 14246,1
01.02.2021 14213,8
01.01.2021 14157.0
01.12.2020 14304.7
(Marja)