31 oktyabr 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
Azərbaycanda bank işçilərinin sayı - 2 MİN NƏFƏRƏ YAXIN ARTIB
FED.az Mərkəzi Banka istinadən təqdim edir.
31 oktyabr 2022-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 660.7 milyon manat, cəmi öhdəlikləri 39 milyard 230.7 milyon manat, balans kapitalı 5 milyard 430 milyon manat təşkil edib. 2022-ci ilin oktyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.4%, cəmi öhdəlikləri müvafiq olaraq 2.5% artıb.
Bankların kredit portfeli oktyabr ayında 1.6% və ya 313.6 milyon manat artaraq 19 milyard 470.8 milyon manat olub.
Bankların depozit portfeli oktyabr ayında 2.6% və ya 818.4 milyon manat artaraq 32 milyard 192.1 miylon manata çatıb.
2022-ci ilin 10 ayında banklar 1 milyard 116.7 milyon manat məbləğində əməliyyat mənfəəti, 769.9 milyon manat xalis mənfəət əldə ediblər.
Bank sektorunun vəziyyəti ilə daha ətraflı aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz.