Azərbaycanın bank sektorunun kredit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 2 milyard 502,1 milyon manat artaraq 31 Dekabr 2021-ci il tarixində 16 milyard 659,1 milyon manata çatıb.
Eləcə də bax: Bank sektorunun 2021-ci il üzrə əsas göstəriciləri - AÇIQLANDI
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun kredit portfeli 2021-ci ilin dekabr ayında 377,1 milyon manat artıb.
O cümlədən, 2021-ci ildə biznes kreditləri 1 milyard 261,7 milyon manat artaraq 9 milyard 740 milyon manata, istehlak kreditləri 857,2 milyon manat artaraq 4 milyard 518,4 milyon manata, ipoteka kreditləri isə 383,2 milyon manat artaraq 2 milyard 400,7 milyon manata yüksəlib.
Dekabr ayında biznes kreditləri 213,8 milyon manat, istehlak kreditləri 118 milyon manat, ipoteka kreditləri isə 45,3 milyon manat artıb. (Marja)