Bu ilin yanvar-oktyabr aylarında fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697.8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.
Bundan başqa bankların cəmi öhdəlikləri 43,254.6 mln. manat, balans kapitalı 6,443.2 mln. manat olub
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib. Belə ki, hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27,080.5 mln. manat təşkil edib.
Kredit portfelinin strukturunda biznes kreditləri – 54% (14,628.1 mln. manat), istehlak kreditləri – 30.6% və ipoteka kreditləri – 15.4% (4,174.6 mln. manat) olub..