"Bank sektorunun cəmi aktivləri 55.6 mlrd. manatdır və azalan dinamika bərpa edilib"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankların Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev deyib.
F.İsakov bildirib ki, maliyyə sektorunda bankların payı 74.4 %-dir:
"Eyni zamanda bank olmayan kredit təşkilatlarının (BOKT) payı 22.8 %, sığorta şirkətlərinin 2.6 %, investisiya şirkətlərinin payı isə 0.2 % təşkil edir".
Bankın rəsmisinin sözlərinə görə, pandemiya aktivlərin və kredit portfelinin artımını səngitsə də cari ildə dinamika bərpa olunub: "Belə ki, bank sektorunun aktivləri 2022-ci ilin əvvəlindən 7.6 faiz, yaxud 2.9 mlrd.manat artıb".