28 fevral 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 132.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 617.4 milyon manat, balans kapitalı 7 milyard 515.4 milyon manat olmuşdur.
Bank sektorunda son vəziyyət açıqlandı - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artmışdır.
Xatırladaq ki, 31 yanvar 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 528.7 milyon manat, balans kapitalı 7 milyard 407.1 milyon manat olmuşdur.
2026-cı ilin Fevral ayının sonuna kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.3% (16 milyard 058 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593.4 milyon manat).
31 yanvar 2026-cı il tarixinə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil etmişdi.
2026-cı ilin Yanvar ayının sonuna kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat).
2025-ci ilin dekabr ayında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manata çatmışdı.
31 dekabr 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).












