Bank sektorunun yenidən dirçəlməsi artıq işçilərin say artımında da özünü göstərir. FED.az xəbər verir ki, 01.05.2018-ci il tarixinə bank sektorunun işçi sayı 16 min 503 nəfər təşkil edib.
Palata qeyd edib ki, hazırda müəyyən maliyyə göstəricilərinin banklar üzrə açıqlanması ilə bağlı işlər davam etdirilir. Xatırladaq ki, ölkənin bank bazarından 14 bankın çıxması işçilərinin sayının sürətlə azalmasına səbəb olmuşdu və bu sektor üzrə işsizlərin sayı kəskin artmışdı. Göstəricilərə əsasən, 01.05.2017-ci ildə işçi sayı 16 min 214 nəfər olub.
Bank sektorunda nə qədər işçi çalışır? - PALATADAN AÇIQLAMA
09:35
11 İyun 2018