"Bank sektorunun likvid aktivləri 9 milyard manatdır".
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
"Bank sektorunun kapitalı yaranan itkiləri qarşılamağa kifayət edir"
Qeyd edilib ki, bank sistemi üzrə ani likvidlik əmsalı 59% təşkil etməklə, normativi (30%) 2 dəfəyə yaxın üstələyir.