Bu ilin noyabrın 1-nə Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı 26 921 nəfərə çatıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank işçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1855 nəfər, yəni 7,4% artıb. Ötən ilin sonuna nəzərən artım 1558 nəfər, yəni 6,1%, aylıq müqayisədə isə 49 nəfər, yəni 0,2% yüksəlib.
Xatırladaq ki, bank işçilərinin sayı bu ilin oktyabrın 1-nə 26 872, ötən ilin sonunda 25 363, 2024-cü ilin noyabrın 1-nə isə 25 066 nəfər təşkil edib.











