28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 507 olmuşdur.
Bank sektorunda son vəziyyət açıqlandı - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
2026-cı ilin Fevral ayının sonuna bank sektorunda çalışanların sayı 27 min 277 nəfər təşkil etmişdir.
31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 498 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 235 nəfər təşkil etmişdi.
28 fevral 2025-ci il tarixinə də isə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 488, şöbələrinin sayı 89, ATM-lərin sayı 3 min 274, bank sektorunda çalışanların sayı isə 25 min 634 nəfər olmuşdu.
Bank sektorunda çalışanların sayı 2026-cı ilin fevral ayında 42 nəfər, son 12 hesabat ayında isə 1643 nəfər artıb.














