31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 846 milyon 900 min manat təşkil edib. FED.az xəbər verir ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 dekabr 2018-ci il tarixində 29 milyard 502 milyon 4 min manat, 28 Fevral 2019-cu il tarixində isə 29 milyard 950 milyon 800 min manat təşkil etmişdi. Beləkilə, Fevralın sonu ilə müqayisədə Mart ayında bankların cəmi aktivləri 103,9 milyon manat və ya 0,35% azalıb.
Eləcə də bax: Palata bank sektorunda vəziyyəti - AÇIQLADI - RƏQƏMLƏR
©Marja