31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil edib. FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatsı sektorun balans kapitalının 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olduğunu açıqlayıb.
2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artmışdır. Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.
31 yanvar 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Bank sektoruna 93 milyon manat kapital qoyulub
12:46
5 Mart 2018