Azərbaycan bankları ötən ilki ixtisarlardan sonra yenidən işçi toplamağa başlayıblar. Avqustun sonuna Azərbaycandakı 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub.
İlin əvvəlindən indiyədək ölkədə 2 yeni filial, 1 yeni şöbə açılıb, bankomatların sayında isə 37 ədəd artım var.
Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4% (61 nəfər) artaraq 16 936 nəfər təşkil edib. Ümumilikdə isə ilin əvvəlindən sektorda çalışanların sayı 4.7% (765 nəfər) artıb. Belə ki, ötən ilin sonnuda bank sektorunda 16 min 171 nəfər çalışırdı.