“Synergy Group” MMC-nin rəhbərliyinə yeni təyinat baş tutub.
FED.az xəbər verir ki, bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “Synergy Group”un Baş İcraçı Direktoru vəzifəsinə Rauf Axundov gətirilib və vəzifəsinin icrasında yaxın günlərdə başlayıb.
Rauf Axundov Şirkətin komandasına 2018-ci ilin noyabrında İdarə Heyəti üzvü kimi seçilib. Bildirək ki Axundov, həmçinin 2017-ci ilin sonu lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Xatırladaq ki, “Synergy Group” MMC “Ata Bank” ASC-nin ən böyük səhmdarıdır.