“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.
FED.az xəbər verir ki, bu vəzifəyə Bankda bu günə qədər maliyyə üzrə baş direktor olan Lalə Quliyeva təyin olunub. Bildirək ki, Quliyeva 2009-cu ildən bu tərəfə bankda Baş direktor vəzifəsində çalışırdı.
Beləliklə, müavinlərin sayı yenidən 2 olub.
Xatırladaq ki, 2 ay öncə Zaur Qarasiyev bankın İdarə Heyəti sədri postunu tərk etdikdən sonra müavini olmuş Aydın Hüseynov onun vəzifəsini müvəqqəti icra edir.