“Mən bir neçə dəfə vurğuladım – əlaqəli biznes. Bir neçə bankda bu çox ciddi problemdir”.
Eləcə də bax: «Biznesin banklarla bağlı iradları doğrudur» - ELMAN RÜSTƏMOV
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov press-konfransda jurnalistin bank səhmdarlarının bank bağlanmamışdan öncə öz kapitallarının çıxarılmasına dair şərhində deyib. Jurnalisin sualı isə yerli KİV-də bank səhmdarlarının öz vəsaitlərinin düşünülmüş şəkildə çıxarması ilə bağlı məlumatlarla bağlı olub.
“Bütövlükdə Azərbaycanda bankların bu vəziyyətə düşməsində əsas səbəb də məhz bu əlaqəli biznes problemləridir”.
“Bizdə aktivlərin düşünülmüş şəkildə çıxarılmasına dair heç bir məlumat yoxdur. Lakin, Mərkəzi Banka belə bir tapşırıq verilibdir, bu məsələni çox ciddi araşdırır”, deyə Mərkəzi Bank sədri deyib
E.Rüstəmov qeyd edir ki, məsələni həmçinin Əmanətlərin Sığortalanması Fondu üçün vacibdir. “Ola bilsin ki, başqa orqanlar da bu məsələyə [bank səhmdarlarının vəsaitlərini çıxarmasına dair] cəlb edilsin….İctimaiyyət arxayın olsun ki, bu növ faktlar aşkar olunarsa onlar məlumatlandırılacaq”.