“Bank Respublika”iki yeni təyinat olub.
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" daha bir peşəkar mütəxəssisi komandasına cəlb etməklə işçi heyətini gücləndirməyə davam edir.
Belə ki, Yaşar Kərimov “Bank Respublika”nın Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub.
Bank sahəsində böyük təcrübəyə malik olan Yaşar Kərimov, daha öncə müxtəlif vaxtlarda “Expressbank”da İnformasiya texnologiyaları, Biznesin inkişafı və Pərakəndə Bankçılıq Departamentlərinin rəhbəri olub.
O, 2005-ci ildə Marketinq ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini bitirib.
Eləcə də bax: “ASB Bank”da yeni - TƏYİNAT
"Bank Respublika"da digər bir təyinat isə Eldar Xubanlıdır. O "Bank Respublika"da Biznes İnkişaf Departamentinin tərkibində Məhsul, Proses və Xidmətlərin İnkişafına dəstək şöbəsinin mudiri vəzifəsinə təyinat alıb.
Məlumat üçün bildirək ki,Eldar Xubanlı bir müddət əvvəl “Expressbank”da Satış və Xidmət şöbəsinin müdiri olub.
Yaşar Kərimov
Eldar Xubanlı