“Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 11 iyun 2025-ci il tarixdə saat 12:00-da Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. “Bank Respublika”Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiqi.