Bu ilin mayın 22-də “Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, iclasda 2016-cı il üçün illik maliyyə hesabatı, 2016-cı il üçün kənar audit yoxlamalarının nəticələri, “Bank Respublika”da səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin əsasnamələrində dəyişikliklərin təsdiq edilməsi məsələləri müzakirə ediləcək.
Bundan başqa, yığıncaqda “Bank Respublika”nın Müşahidə Şurası üzvlərinin əmək haqlarının təsdiqi məsələsinə də baxılacaq.