Dekabrın 1-də yerli bazarda uğurlu rəqəmsal marketinq strategiyası ilə fərqlənən “Bank Respublika”nın dəstəyi və “Facemark.az”ın təşkilatçılığı ilə “Rəqəmsal Marketinq Konfransı” (DMC) keçirilib.
Bankdan verilən məlumata görə, konfrans “Mürəkkəb olmayan dünyaya keç!” şüarı ilə 20-dək yerli və xarici spiker olmaqla 800 nəfərədək marketinq mütəxəssisini bir məkanda toplayıb. Tədbirdə ölçülən bilən və effektiv olan marketinq alətləri, yeni ilin trendləri müzakirə edilib.
Konfransda çıxış edən “Bank Respublika”nın Marketinq Departamentinin direktoru Əli Daşdəmirov, Bank Respublika tərəfindən çəkilən və qısa müddət ərzində milyondan çox baxış sayına çatan reklam çarxının yaradılması haqda danışdı və günümüzdə influencer marketinqin önəmini vurğulayıb.
Daha sonra çarxda baş rolda çəkilən Taleh Yüzbəyov məşhur çarxın ikinci hissəsinin ilk dəfə olaraq iştirakçılara nümayiş etdirərək onun premyerasını edib.
Tədbir digər iştirakçıların maraqlı çıxışları ilə davam edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.