Yarandığı gündən etibarən müştərilərinə daim faydalı və sərfəli bank məhsulları təqdim edən Bank Respublika, daha bir uğura imza atıb. Belə ki, Bankın həyata keçirdiyi loyallıq proqramı çərçivəsində, kart müştərilərinin qazandığı bonus 100 min manatı keçib.
Hazırda 400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində “Bank Respublika”ın istənilən kartları ilə edilən ödənişlər zamanı kart sahibləri müəyyən həcmdə BONUS qazanırlar. Bankın əməkdaşlıq etdiyi partnyor şəbəkəsində istənilən sektordan – supermarket, geyim, ev əşyaları, parfümeriya, texnika, turizm, səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.
Ölkəmizdə müştərilər üçün tətbiq edilən ilk loyallıq proqramlarından biri olmaqla yanaşı, Bankın həyata keçirdiyi bonus layihəsi respublikamızda nağdsız ödənişlərin aparılmasının stimullaşdırılmasına da böyük dəstək verir.
Mobil Şöbə əlavəsini yararlanaraq Siz, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq etdiyi partnyor mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə də, banka gəlmədən öz kart hesabınızı idarə edərək istənilən bank əməliyyatını həyata keçirə bilərsiniz.
Əgər Siz də ödəniş edərkən bonuslar qazanmaq istəyirsinizsə, o zaman elə indicə banka gəlmədən Bank Respublika kartlarını online sifariş edin.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
"Bank Respublika”nın bütün kart müştəriləri bonus qazanmaq imkanına malikdir
15:34
21 Fev 2019