"Bank Respublika" ASC-nin aktivləri illik 1,16% artaraq cari il aprelin 1-nə 881 240 min manata çatıb.
Bankın maliyyə hesabatlarına görə, kredit portfeli illik 14,83% azalaraq cari il aprelin 1-nə 249 108 min manat təşkil edib. Kredit portfelinin 33 833 min manat və ya 13,58%-nin vaxtı keçib.Bu müddətdə bankın cəmi öhdəlikləri də 3,24% artaraq aprelin 1-nə 841 761 min manata yükəlib. Depozit portfeli 10,23% artaraq 590 528 min manat olub. Hüquqi şəxslərin depozitləri illik 25,18% artaraq 413 708 min manat, fiziki şəxslərin depozitləri isə 13,84% azalaraq 176 820 min manat təşkil edib.
Bank cari ilin birinci rübü ərzində 492 min manat zərər edib. Zərər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar hesabına olub. Belə ki, bankın birinci rübdə xalis əməmliuyyat mənfəəti 2 213 min manat olsa da ehtiyatın yaradılmasına 2 705 min manat ayrılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə 608 min manat mənfəət əldə edib. Belə ki, ötən ilin eyni dövründə xalis əməliyyat mənfəəti 4 436 min manat, ehtiyat ayırmalar isə 3 828 min manat həcmində olub.