Bank Respublika-da yeni təyinat olub.
Belə ki, İlkin Zeynallı Bank Respublika-nın İnsan Resursları Departamentinin direktoru təyin olunub. O, daha əvvəl Dəmirbank-ın İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışıb.
Bank-dan məlumatı təsdiq ediblər. Bildirilib ki, Bank Respublika yeni inkişaf strategiyasına uyğun olaraq öz kadrlarını gücləndirir.
İlkin Zeynallı 2001-2005-ci ildə Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil alıb və fəlsəfə elmləri doktorudur.