“Bank Respublika” ASC-də yeni təyinat olub.
Mərkəzi Bankda - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Dinara Cavadova “Bank Respublika”da Strateji İnkişaf Departamentinə yeni direktor təyin edilib.
O, 2021-ci ilin yanvarından 2025-ci ilin mart ayına kimi “AccessBank”da Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olub.
Dinara Cavadova Azərbaycan Banklar Assosiasiyasının ESG və Dayanıqlı Bankçılıq, Xəzinədarlıq və Fondların İdarə Edilməsi üzrə Ekspert Qrupunun üzvüdür. (Banker)