“Bank Respublika”nın səhmdar strukturunda dəyişiklik gözlənilir. Bankın səhmdarı və ya səhmdarları tərəfindən digər səhmdarın payı əldə ediləcəkdir.
18 Dekabr 2018-ci il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Bankın mövcud səhmdar(lar)ı tərəfindən mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılığın verilməsi”, “Bank Respublika” ASC-də nizamanmənin təsdiq olunması haqqında” və “mükafatlandırma siyasətinin təsdiq edilməsi haqqında” məsələlər daxildir.
Hazırda Quliyevlər ailəsi "Bank Respublika"nın 79,05%-nı, Almaniya şirkətləri isə 20,85%-nə nəzarət edirlər.
"Banklar haqqında" qanuna görə, mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.