“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Azər-Türk Bank” növbədənkənar yığıncaq çağırdı
FED.az xəbər verir ki, “Bank Respublika” səhmdarların növbədənkənar ümumi yığıncağı 7 yanvar 2020-ci il saat 11:00-da Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
Eləcə də bax: “İpək Yolu Sığorta”da növbədənkənar yığıncaq - KEÇİRİLƏCƏK
İclasın gündəliyində olanlar aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. “Bank Respublika” ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.
4. “Bank Respublika” ASC-nin ilin maliyyə nəticələri, Mükafatlandırma siyasətinin təsdiqi və mükafatın ödənilməsi haqqında.
5. “Bank Respublika” ASC-nin Səhmdarların Ümumi Yığıncağının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
6. “Bank Respublika” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında.