"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın 11 Oktyabr 2019-cu il tarixində baş tutması planlaşdırılır. Yığıncağın gündəliyinə daxil olan əsas məsələ, bankın mövcud səhmdarları tərəfindən bankda mühüm iştirak payının əldə edilməsinə dair səhmdarların ümumi yığıncağı tərəfindən razılıq verilməsidir.
Eləcə də bax: “Bank Respublika” Horadiz qəsəbəsindəki məktəbliləri - SEVİNDİRDİ
Səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
Məlumat üçün bildirək ki, "Bank Respublika"nın səhmdarlarının 2018-ci ilin sonuna olan məlumat aşağıdakı cədvəldəki kimidir.