Yarandığı ilk gündən etibarən müştərilər tərəfindən böyük rəğbətlə qarşılanan “Wolt” kobrend kartı, qızmar yay günlərində müştərilərinə daha bir imkan yaradıb.
Belə ki, 21 iyun tarixindən Bank Respublika, VISA və Wolt tərəfindən start verilən yay kampaniyası çərçivəsində minimum 4 çatdırılma sifarişini “Wolt” kartı ilə ödəniş edənlər Sea Breeze Resort-a pulsuz giriş üçün mavi qolbaq qazanacaq!
Qeyd edək ki, Sea Breeze Resort-a bir pulsuz giriş təmin edən mavi qolbağın şanslı sahibi şərtləri yerinə yetirən ilk 100 istifadəçi olacaq. Qaliblər müəyyən edildikdən sonra Wolt Dəstək Xidməti Çat vasitəsilə onlarla əlaqə saxlayacaq. Qaliblər hədiyyələrini 10 gün ərzində götürməlidirlər.
Təklif yalnız çatdırılma sifarişləri üçün keçərli olacaq. Kampaniya müddətində Apple Pay və Google Pay vasitəsilə aparılan ödənişlər nəzərə alınmayacaq.
Bank Respublika, Visa və Wolt əməkdaşlığı nəticəsində, məhdud sayda buraxılan Wolt kobrend kartı öz sahiblərinə həm onlayn sifarişlərdə, həm də bank kartından gündəlik istifadə etdikdə bir çox üstünlüklər təqdim edir. Belə ki, Wolt kart sahibləri Wolt əlavəsində sifarişlər zamanı eksklüziv endirimlər və sifariş məbləğinin 5%-i həcmində keşbek əldə edirlər. Wolt kartında VISA ödəniş sisteminin bütün üstünlükləri və “Bank Respublika”nın bank xidmətlərinin rahatlığı var. Wolt kartı tamamilə PULSUZ və ilkin ödənişsiz təqdim olunur!