Bank Respublika, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Bank Respublika hər zaman olduğu kimi dövlətimizin yanındadır və biz əminik ki, işğal altında olan torpaqlarımız müzəffər ordumuz tərəfindən tezliklə azad olunacaq və üç rəngli bayrağımız orada dalğalanacaq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.