Bank Respublika, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.
Eləcə də bax: "Bank Respublika"da - Yeni Təyinatlar
FED.az xatırladır ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Bank Respublika ailəsi, vətən uğrunda aparılan bu mübarizədə daima dövlətimizin yanında olduğunu və işğal altında olan torpaqlarımızın müzəffər ordumuz tərəfindən tezliklə azad olunacağına əmin olduğunu bildirir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.