“Bank Respublika” ASC 2023-cü ilin yanvar-iyul aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
Sahibkarlığın İnkişafı Fondu 7 ayda verdiyi kreditin məbləğini - AÇIQLAYIB
SİF-dən FED.az-a verilən məlumata görə, “Bank Respublika” 7 ay ərzində fondun vəsaitləri hesabına sahibkarlara 17,5 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (13,9 milyon manat), üçüncü yerdə “Rabitəbank” (7,4 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “AccessBank” (6,3 milyon manat) və “Expressbank” (5,3 milyon manat) da daxil olub.
Qeyd edək ki, “Bank Respublika” 2021-ci ildə 20,3 milyon manat, 2022-ci ildə isə 28,3 milyon manatla SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.