Müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində Bank Respublika növbəti sosial aksiya keçirib.
FED.az xəbər verir ki, bankın əməkdaşları Saray qəsəbəsində yerləşən "Çıraq"uşaq inkişaf mərkəzində müalicə alan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən olan uşaqları ziyarət ediblər. Görüşdə çıxış edən bankın nümayəndələri görüşə qatılan 30 ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edərək mərkəzdə müalicə alan övladlarına şəfa dilədilər. Daha sonra bank tərəfindən hazlırlanmış zəruri ərzaq məhsullarından ibarət xüsusi bayram sovqatları ailələrə təqdim edilib.
Bankdan verilən məlumata əsasən, aksiyanın keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və onların ailələlərinə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət idi.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika Ramazan bayramında aztəminatlı ailələrə yardım edib
16:56
4 İyun 2019