FED.az “Bank Respublika”nın gəlir mənbələrini təqdim edir.
“Bank Respublika” 2025-ci ilin 3-cü rübündə ümumilikdə 247 milyon 947 min manat gəlir əldə edib. Bankın gəlir strukturuna baxıldıqda, əsas payı ənənəvi istiqamət kredit portfeli üzrə faiz gəlirləri tutub. Bu mənbədən bank 190 milyon 320 min manat qazanıb ki, bu da ümumi gəlirin 77%-nə bərabərdir.
İkinci ən böyük gəlir mənbəyi komissiya haqları olub, bu istiqamətdən bank 22 milyon 752 min manat vəsait əldə edib və gəlirlərin 9%-ni təmin edib.
Bundan əlavə, digər banklara yerləşdirilmiş depozitlərdən gəlirlər 15 milyon 584 min manat təşkil edib və ya ümumi gəlirlərin 6% hissəsi.
Valyuta bazarındakı əməliyyatlar bankın gəlirlərinə 7 milyon 457 min manat qazandırıb və ümumi gəlirin 3%-ni formalaşdırıb.
Qiymətli kağızlara investisiyalardan əldə olunan gəlir 4 milyon 659 min manat, digər faiz gəlirləri isə bir qədər az 4 milyon 515 min manat olub. Hər iki mənbədən qazanılan vəsait gəlirlərin təxminən 2%-ni təşkil edib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
190 320 |
77% |
|
QK-a investisiyadan gəlir |
4 659 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
15 584 |
6% |
|
Digər banklara kreditlərdən gəlirlər |
2 660 |
1% |
|
Komissiya haqları |
22 752 |
9% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
7 457 |
3% |
|
Digər faiz gəlirləri |
4 515 |
2% |
|
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
247 947 |
100% |













