Bank Respublika MasterCard World Elite kartını təqdim edir
16:39
10 Noy 2016
MasterCard ödəniş sisteminin ən prestijli kartı, VIP müştərilər və top-menecerlərin özəl tələblərini qarşılayan elitarlı bank məhsulunu, Bank Respublika bir neçə unikal əlavələri ilə təqdim edir.
Bu kart MasterCard-ın bütün imtiyaz və əlavə xidmətlərindən dünyanın istənilən ölkəsinndə Sizə uyğun olan zaman istifadə etməyə imkan verməklə yanaşı, gözləntiləri aşa biləcək imtiyazlar təklif edir.
Word Elite Concierge xidməti bütün eksklüziv imtiyazlar və bütün xidmətlərdən məhdudiyyətsiz faydalanmaq, partnyorlardan endirim almaq imkanı və müxtəlif qapalı mərasimlər, konsert və tamaşalara dəvətmanə almaq təklifini edir. Həftənin yeddi günü 24 saat rejimində istənilən sorğunuzu yüksək xidmət keyfiyyəti ilə həll etmək iqtidarında olan şəxsi assistent Sizin sərəncamınızda olacaq.
Priority Pass kartı ilə hava limanlarının Business Lounge-larına sərbəst giriş. 100-dən artıq ölkədə biznes sinif zallarını əhatə edən aeroportların VIP gözləmə zallarına dünyanın ən böyük giriş proqramı. Dünya üzrə 600-dən artıq VIP gözləmə zallarından istifadə edə bilərsiniz.
Müştərilərin rahatlığı və təhlükəsizliyini nəzərə alaraq, World Elite MasterCard ödəmə kartı Azərbaycanda və xaricdə etibarlı sayılan, çox böyük məbləğdə məxsusi sığorta növləri ilə təmin edilib. (7 500 000 Avro).
World Elite MasterCard sahibləri üçün Bank Respublika tərəfindən xidmətlərin siyahısına bir sıra özəl üstünlüklər əlavələr olunub: Mobil Şöbə, 3D Secure, İnternet Banking, Cash-in bankomatları, PİN change və Cash-to-Card əməliyyatları, İnternet Şöbə, həmçinin hesabınıza vəsaitlərin mədaxili və silinmələr haqqında operativ məlumat verən SMS-bildiriş xidməti.
MasterCard World Elite kredit kartı özəl xidmət və üstünlükləri sayəsində dünya üzrə imtiyaz və keyfiyyətin simvolu sayılır!