“Bank Respublika” ASC Quba filialına “İstehlak kreditləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiyası olmalı;
• Regionun ümumi ərazisini tanıması;
• Regionda geniş auditoriya bazasının, əlaqələrin olması;
• İstehlak kreditləri üzrə təhlil etmə qabiliyyəti;
• Kredit risklərinin minimumlaşdırılması üzrə təklif vermə qabiliyyəti;
• Kreditlərin verilmə prosesi, təsnifləşdirilməsi və s. baradə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barəsində biliklərin olması.
Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
• Kredit bölməsinin satış sahəsində minimum 2 (iki) illik iş təcrübəsi;
• Bank işinin mahiyyəti haqqında ümumi bilik;
• Operativ və çevik işləmə qabiliyyəti;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmə bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Quba filialı/İstehlak kreditləri üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.