Ölkəmizdə təhsilə və gənclərin inkişafına dəstək olan ölkənin aparıcı bankı Bank Respublika, maliyyə savadlılığı sahəsində universitet tələbələri üçün təşkil etdiyi master-klassları davam etdirir.
FED.az xəbər verir ki, bank bu dəfə, Azərbaycan iqtisad Universiteti ilə bağlanılan memorandum əsasında tələbələr üçün növbəti master-klass keçirdi. 1 gün davam edən təlimlərdə bankın yüksək ixtisaslı əməkdaşları tələbələrə müxtəlif mövzularda geniş informasya verdilər:
- Biznes kreditlərin özəllikləri
- İstehlak kreditlərinin özəllikləri
- Davranış bacarıqları
- Kommunikasiyanın iş mühitində faydası
- Layihələrin idarə edilməsi
- PR nədir və özəllikləri
Təlimlər interaktiv şəkildə davam edib, mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, təlimlər tezliklə digər universitetlərdə də davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.