Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” ASC bu ilin I yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb.
Eləcə də bax: "Bank Respublika" aşağı faizlə, komissiyasız və zaminsiz - Kredit Təklif Edir
FED.az xəbər verir ki, hesabata əsasən, COVID-19 pandemiyasından yaranan çətinlilkərə baxmayarq, Bank cari ilin birinci yarımilliyində dinamik inkişaf etməyə davam edib və ötən ilin analoji dövrü ilə müqayisədə artım nümayiş etdirib.
II rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 4,5 milyon manat təşkil edib. Ötən ilin I yarımilliyi ilə müqayisədə Bankın xalis faiz gəlirləri 21% artaraq 38,3 milyon manat təşkil edib. Hesabata əsasən, Bankın məcmu kapitalı 19% artaraq 83,9 milyon manat olub və minimum məcmu kapital normasını (50 milyon manat) 68% üstələyib. Bankın depozit portfeli 678,5 milyon manat təşkil edib, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərindən biridir. Şübhəsiz ki, bu, növbəti dəfə böyük sayda müştərinin “Bank Respublika”ya tam olaraq etibar etdiyini təsdiq edir.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək ilin I yarısında 125 milyon manat məbləğində kredit verib. Hesabat dövrünün sonuna Bankın ani likvidlik əmsalı 71,9% təşkil edib, bu isə normadan təxminən 2,4 dəfə artıqdır.
Yüksək likvidlik və dollarla kreditə tələbin olmamasını nəzərə alaraq, Bank faiz xərclərini optimallaşdırmaq üçün valyuta öhdəliklərini azaldıb. İlin I yarısının sonunda likvid aktivlər bankın cəmi aktivlərinin 34%-ni təşkil edib. Bu hal Bankın yüksək maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasına dəlalət edir.
Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,0%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,7% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,4 dəfə çoxdur.
“Birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVID-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, “Bank Respublika”, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir. Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.