"Bank Respublika"nın nağd kredit alanlara həddiyə kartlarının təqdim olunması kampaniyası davam edir. Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, kampaniyanın müddəti uzadılaraq yanvarın sonunadək davam edəcək.
Kredit məbləğindən asılı olaraq, hədiyyə kartları 20, 50, 100 və 150 manat civarında nəzərdə tutulub. Hədiyyə olunan məbləği müştərilər partnyor şəbəkəsində (Bank Respublikanın POS terminal olan satış nöqtələri və PayKart bonus şəbəkəsində - https://www.paykart.az/page/7) xərcləyə biləcəklər.
Bu kredit növü rəsmi iş yeri olanlar üçün tək şəxsiyyət vəsiqəsi ilə verilir.
Xatırladırıq ki, kreditin maksimal mәblәği 10 000 manat, müddәti isә 36 ay tәşkil edir. 5 000 manatadәk nağd kredit isә zaminsiz də verilә bilәr.
Nağd pul kreditini rәsmilәşdirmәk üçün bankın filialı vә ya bankın internet səhifəsindən onlayn әrizә ilә müraciәt etmәk olar.
"Bank Respublika" hədiyyəli kartlar kampaniyasının müddətini uzadır
21:06
15 Yan 2018