Bank Respublika və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyata başlayır:
İnkubasiya proqramında iştirak meyarları aşağıdakı kimidir:
· Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.
· Layihəniz startap konsepsiyasına uyğun olmalıdır.
· Komanda üzvlərindən ən azı 1 nəfər inkubasiya proqramında daimi iştirak etməlidir. İnkubasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dilini bilməlidir. Qalan komanda üvzlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək.
· Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
· Hər bir layihənin təqdimatı hazır olmalıdır.
· İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdır.
Layihədə iştirak etmək istəyənlər 04 oktyabr 2019-cu il tarixinə kimi aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər: http://openbanking.innoland.az
İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.