“Bank Respublika” ASC 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
Bank Respublika 2023-cü ildə bütün göstəricilər üzrə artım nümayiş etdirib
FED.az xəbər verir ki, SİF-dən verilən məlumata görə, “Bank Respublika” 2023-cü il ərzində fondun vəsaitləri hesabına sahibkarlara 40 milyon manat məbləğində güzəştli kredit verib. Bank tərəfindən ötən il ərzində 1,129 min güzəştli kredit verilib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “Azərbaycan Beynəlxalq Bankı” (35,9 milyon manat), üçüncü yerdə “PAŞA Bank” (18,3 milyon manat) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə həmçinin “Rabitəbank” (17,6 milyon manat) və “ExpressBank” (13,7 milyon manat) daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə - 28,3 milyon manat güzəştli kredit verib.