Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən respublikanın aparıcı banklardan biri Bank Respublika, fəaliyətinin 28-ci ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib.
Eləcə də bax: "Bank Respublika"cəbhə bölgəsində aztəminatlı ailələrə - DƏSTƏK OLDU!
FED.az xəbər verir ki, bankın rəhbər və işçi heyətindən ibarət kollektivi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü xeyirxah təşəbbüsə qoşularaq, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına keçirib.
“8 may - Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar keçirilən aksiyada Bankın Bakı və regional filiallarının 150-ə yaxın könüllü əməkdaşı iştirak edib.
Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.