Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "AFB Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (65,9%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan " da (0,1%) qeydə alınıb.
Qalan 20 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (40%), ən az artım isə "AGBank"da (1,6%) baş verib.