“Bank Respublika” ASC 2023-cü ilin yanvar-sentaybr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
Sahibkarlığın İnkişafı Fondu doqquz ayda 101,9 milyon manat - Güzəştli Kredit Verib
SİF-dən FED.az-a verilən məlumata görə, “Bank Respublika” 2022-ci ilin 9 ayı ərzində fondun vəsaitləri hesabına sahibkarlara 27 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (15 milyon manat), üçüncü yerdə “Rabitəbank” (10,6 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “AccessBank” (8,5 milyon manat) və “Expressbank” (8,9 milyon manat) da daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank SİF-in vəsaiti hesabına 20,3 milyon manat, 2022-ci ildə - 28,3 milyon manat məbləğində güzəştli kredit verib.