“Bank Respublika” ASC 2023-cü ilin yanvar-avqust aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
8 ayda 80,8 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLDİ
SİF-dən FED.az-a “Bank Respublika” 8 ay ərzində fondun vəsaitləri hesabına sahibkarlara 21,9 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (15 milyon manat), üçüncü yerdə “Rabitəbank” (8,5 milyon manat) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “AccessBank” (7,7 milyon manat) və “Expressbank” (7,6 milyon manat) da daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə isə 28,3 milyon manat güzəştli kredit verib.