"Respublika" ASC-nin işçilərini sayında azalma müşahidə olunur.
Fed.az bankın hesabatına istinadən xəbər verir ki, cari ilin iyul ayının 1-ə bankın işçilərinin sayı 568 nəfər təşkil edib. Halbuki, cari ilin I rübünün sonunda işçi heyəti 575 nəfərdən ibarət olub.
Ötən ilin yekununda bankda işləyənlərin sayı 635 nəfər idi. Beləliklə, 6 ay ərzində bankın sıralarını 67 nəfər tərk edib.