“Bank Respublika” ASC 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən FED.az-a verilən məlumata görə, “Bank Respublika” 2022-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 28,3 milyon manat məbləğində güzəştli kredit (2021-ci ilin göstəricisindən 39,4% çox - İF) verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “Kapital Bank” (15,9 milyon manat), üçüncü yerdə “Rabitəbank” (14,8 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə "PAŞA Bank” (13,2 milyon manat) və “Xalq Bank” (9,9 milyon manat) da daxil olub.
Qeyd edək ki, “Bank Respublika” 2021-ci ildə də 20,3 milyon manatla SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.