“Bank Respublika” ASC 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub.
Eləcə də bax: “Bank Respublika” əla göstəricələr açıqladı - Xalis Faiz Mənfəəti 56 milyon manat!
SİF-dən FED.az-a verilən məlumata görə, “Bank Respublika” 2021-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 20,3 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (17,5 milyon manat), üçüncü yerdə “Ziraat Bank Azerbaycan” (17,3 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə Azərbaycan Beynəlxalq Bankı (17 milyon manat) və “Rabitəbank” (10,1 milyon manat) da daxil olub.
Fondun məlumatına görə, 2021-ci ildə SİF tərəfindən 1902 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,6 milyon manat güzəştli kredit verilib.